Bu dəyərli kitabda Quranı anlamağın yollarından söz açılır. Mövzusuna görə Azərbaycanda nəşr edilən ilk kitabdır. Qurani Kərimi anlamaq istəyən hər bir müsəlman qardaş və bacılarımıza bu kitabı oxumağı tövsiyə edirik. İbn Abbas (r) buyurmuşdur: Quranı öyrənib əməl edən insanın dünyada haqq yolundan azmaması və axirətdədə ziyana uğramamasına Uca Allah zəmanət vermişdir. Bu kitabı Azərbaycan dilinə tərcumə edən Fərahim qardaşımızdan Allah razı olsun və bu xeyr əməlini onun axirət dəftərinə yazsın. Amin
-
İmam Əhməd İbn Hənbəlin “Sünnənin əsasları” adlı əsərinin özündə əks etdirən qaydalar, onun haqqında eşitmiş hər bir müsəlmanın tutması vacib olan qaydalardır. Bu əsaslar, doğru yol göstərən, dünya və axirətdə nəcat və firavanlıq əldə etmək üçün gözəl bir vasitədir, çünki burada bu ümmətin sələflərinin etiqadı toplanmışdır. İmam Malik, Allah ona rəhmət etsin, demişdir: “Bu ümmətin axırıncıları, ümmətin birincilərinin müvəffəqiyyət qazandıqları vasitələrdən fərqli bir vasitə ilə müvəffəqiyyət qazana bilməzlər”.
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (əl-Hücurat,12)
-
Author: Ramil Soltanov
Hörmətli müsəlman qardaşım! Bu risalə, əsrimizin dahi alimi, yüzlərlə elmi fitvanın və möhtəşəm əsərlərin müəllifi, on minlərlə hədisin üzərində misilsiz elmi tədqiqatlar aparmış hədis mütəxəssisi, sünnəyə sarılmağı ilə zəmanəsinin sələfinə sarsılmaz arxa olmuş hörmətli şeyx Məhəmməd Nasiruddin Əl-Əlbaninin (Allah onun qəbrini nurla doldursun) İslam ümmətinə verdiyi dəyərli nəsihətlərdən bəhs edir. Kitabda Hər bir müsəlmanın bilməsi vacib olan önəmli məsələlərdən söz açılır